"Milan"da Jiru şoku - İbrahimoviç də ÇL matçında olmayacaq

"Milan"da Jiru şoku - İbrahimoviç də ÇL matçında olmayacaq

"Milan"ın forvardı Olivye Jiru Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununu - "Tottenhem"ə qarşı keçirəcəkləri səfər matçını buraxa bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Goal" yayıb.

Xəbərə görə, hərarəti yüksələn fransalı hücumçu son məşqdə də iştirak etməyib. Mənbə onun sabahkı qarşılaşmada oynamaq ehtimalının çox az olduğunu vurğulayıb.

Bu isə o deməkdir ki, uzun sürən zədədən sonra yaşıl meydanlara qayıdan Zlatan İbrahimoviçi pley-off matçları üçün sifariş etməyən "rossonerlər"in hücum planında ciddi çətinliklə üz-üzə qalıb.

Qeyd edək ki, "Milan" ilk matçda 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu matçın 7-ci dəqiqəsində Braim Dias vurub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər