“Milan”da ciddi itki

“Milan”da ciddi itki

“Milan”ın yarımmüdafiəçisi İsmael Bennaser üçün mövsüm erkən başa çatıb.

Fanat.Az xəbər verir ki, Çempionlar Liqasının yarımfinal mərhələsinin “İnter”lə ilk oyununda zədələnən futbolçu ətraflı müayinədən keçirilib.

Zədəsi ciddi olan futbolçunun əməliyyat olunmasına qərar verilib. Bu isə onun cari mövsümdə bir daha komandasına kömək edə bilməyəcəyindən xəbər verir.

Xatırladaq ki, “Milan” “İnter”lə ilk yarımfinal görüşündən 0:2 hesablı məğlubiyyətlə ayrılıb.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər