"Milan" xorvatı aparır - SON DURUM

"Milan" xorvatı aparır - SON DURUM
"Milan" Moskva MOİK-inin yarımmüdafiəçisi Nikola Vlaşiçi heyətinə qatmaq istəyir.
Fanat.Az "Sky Sport Italia"ya istinadən xəbər verir ki, Moskva klubu xorvat futbolçunu 25 milyon avroya satmağın əleyhinə deyil.
İtaliya nəhəngi isə Vlaşiçi sonradan transfer hüquqlarına yiyələnmək şərti ilə birillik icarəyə götürmək niyyətindədir. İndilik müəyyən məsələlərdə ortaq məxrəcə gələ bilməyən tərəflər danışıqları davam etdirir.
Qeyd edək ki, Vlaşiç MOİK-ə 2018-ci ilin yayında "Everton" tərəfindən icarəyə verilib. Bir il sonra isə "hərbçilər" 15,7 milyon avro ödəyərək orta xətt oyunçusunu transfer edib.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər