Milan Şkrinyar İstanbul nəhənginə keçir - Bu gün Türkiyədə olacaq

Milan Şkrinyar İstanbul nəhənginə keçir - Bu gün Türkiyədə olacaq

PSJ-nin və Slovakiya millisinin müdafiəçisi Milan Şkrinyar karyerasını İstanbul nəhəngində davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Yağız Sabuncuoğlu sosial şəbəkə hesabları üzərindən yayıb.

Xəbərə görə, 29 yaşlı futbolçu "Fənərbağça" ilə razılığa gəlib. Mənbə Şkrinyarın bu gün İstanbulda olacağını vurğulayıb.

Qeyd edək ki, daha öncə Türkiyənin digər nəhəng klubu "Qalatasaray" və "Tottenhem"in də Milanla maraqlandığı barədə məlumatlar dərc edilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər