"Milan" "Şaxtyor"un gənc vingerini istəyir

"Milan" "Şaxtyor"un gənc vingerini istəyir
Donetsk "Şaxtyor"unun vingeri Tete karyerasının İtaliya A Seriyasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bunu şəxsi "Twitter" hesabında jurnalist Salvatore Kantone yazıb.
O, 21 yaşlı Tetenin xidmətində "Milan"ın maraqlı olduğunu və İtaliya klubunun futbolçuyla danışıq apardığını vurğulayıb. Mənbə "qırmızı-qaralar"ın bu keçidi reallaşdırmaq üçün ispan yarımüdafiəçisi Samuel Kastilyexonu satmağı planlaşdırdığını da bildirib.
Qeyd edək ki, 2019-cu ildən "Şaxtyor"da olan Tete "Qremio"nun yetirməsidir. Gənc cənubi amerikalı geridə qalan mövsümdə Ukrayna Premyer Liqasında çıxdığı 24 oyunda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər