"Lokomotiv"in yarımmüdafiəçisi Aleksey Mirançuk karyerasını "Milan"da davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Matc TV"-nin şərhçisi Nobel Arustamyan "Telegram" kanalına məlumat yayıb. Xüsusilə də, "Milan"ın baş məşqçisi Stefano Piolinin Mirançukun xidmətində maraqlı olduğu bildirilir.
Rus futbolçunun sərbəstqalma dəyəri 8 milyon avro təşkil edir.
2019-20 mövsümündə 32 matçda meydana çıxan Mirançuk 16 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az