Son İtaliya çempionu "Milan" "Roma"dan icarəyə götürdüyü müdafiəçinin - Alessandro Florentsinin transfer hüquqlarına yiyələnmək üzrədir.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbə tərəflərin müqavilənin detallarını razılaşdırdığını və bu transferin "qırmızı-qaralar"a 4,5 milyon avrodan baha başa gəlməyəcəyini vurğulayıb.
Qeyd edək ki, 31 yaşlı Florentsi bu mövsüm "Milan" formasıyla bütün turnirlərdə 30 matça çıxaraq 2 qol vurub. Onun "Roma" ilə olan sözləşməsinin müddəti gələn yay bitəcək.
Nihat