"Milan" rəhbərliyi Piolinin yerinə onu gətirir

"Milan" rəhbərliyi Piolinin yerinə onu gətirir

"Milan" rəhbərliyinin baş məşqçi Stefano Piolini hansı mütəxəssislə əvəzləmək istədiyi açıqlanıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "PianetaMilan.it" yayıb.

Xəbərə görə, Piolinin fəaliyyətindən narazı olan klub idarəçiləri onun yerinə "Brayton"un çalışdırıcısı Roberto De Dzerbini gətirməyi planlaşdırırlar. Mənbə 44 yaşlı De Dzerbi ilə Səudiyyə ərəbistanı klublarının da maraqlandığını diqqətə çatdırıb.

De Dzerbi 2022-ci ilin sentyabrından "Brayton"un "sükanı arxası"ndadır.

17 turdan sonra 33 xalı olan "Milan" A Seriyasının turnir cədvəlində 3-cü pillədə mövqe tutub. Çempionlar Liqasında F qrupunda mübarizə aparan "qırmızı-qaralar" yekunda 3-cü yeri tutaraq Avropa Liqasının pley-offuna düşüb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər