"Milan" rəhbərliyi Pioli barədə son qərarını verdi

"Milan" rəhbərliyi Pioli barədə son qərarını verdi

“Milan” rəhbərliyi cari mövsümün sonunda komandanın baş məşqçisi Stefano Pioli ilə vidalaşacaq.

Fanat.Az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qırmızı-qaralar” artıq yeni çalışdırıcı axtarışına başlayıblar.

A Seriyasının XXXIII turunda “İnter”ə 1:2 hesablı məğlubiyyət "Milan" bosslarının Pioli barədə qərarını qətiləşdirməsi üçün həlledici məqam olub.

Qeyd edək ki, sözügedən mütəxəssis 2019-cu ilin oktyabrından indiki postundadır.  "Milan" Pioplinin rəhbərliyi altında 2021/2022 mövsümündə çempionluğu bayram edib.

Nihat

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər