"Milan" "Real Madrid"in futbolçusunu alır - MƏBLƏĞ

"Milan" "Real Madrid"in futbolçusunu alır - MƏBLƏĞ

Mövsümün sonunda "Real Madrid"in hücumameyilli yarımmüdafiəçisi Marko Asensionu transfer etməyi planlaşdıran "Milan"ın bu futbolçuya görə ödəyəcəyi məbləğ açıqlanıb.

Fanat.Az xəbər verir ki, "Tuttosport" milanlıların İspaniya nəhənginin hesabına 25 milyon avro köçürməyə hazır olduğunu bildirib.

Mənbə "qırmızı-qaralar"ın Asensiodan sağ vinger möveyində faydalanmaq istədiklərini də vurğulayıb.

Bu mövsüm Asensio bütün turnirlər daxil olmaqla, "Real"ın heyətində 33 matça çıxıb. Bu oyunlarda 10 qol vuran Marko 1 məhsuldar ötürmə ilə də yadda qalıb. Onun Madrid təmsilçisi ilə olan müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər