"Milan" Piolini ispan mütəxəssislə əvəzləyir

"Milan" Piolini ispan mütəxəssislə əvəzləyir

Yaxın vaxtlarda Stefano Pioli ilə yolları ayıracağı gözlənilən "Milan"ın baş məşqçi postuna əsas namizəd açıqlanıb.

Fanat.Az xəbər verir ki, məlumatı "La Gazzetta dello Sport" yayıb.

Xəbərə görə, "qırmızı-qaralar" ispaniyalı mütəxəssis Xulen Lopeteqi ilə müqavilə bağlamağa daha yaxındırlar. Mənbə hazırda tərəflərin danışıqları davam etdirdiyini, "Vest Hem"in də maraq dairəsində olan Lopeteqinin "Milan" variantını üstün tutduğunu vurğulayıb.

Xatırladaq ki, Lopeteqinin son iş yeri ötən il ayrıldığı "Vulverhempton" olub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər