"Milan" Piolini bu mütəxəssislə əvəzləyəcək - Danışıqlar başladı

"Milan" Piolini bu mütəxəssislə əvəzləyəcək - Danışıqlar başladı

Mövsümün sonunda Stefano Pioli ilə yollarını ayırmağı planlaşdıran "Milan" Marselo Qalyardonu baş məşqçi təyin etmək imkanlarını araşdırır. 

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Canluka Di Marsio yayıb.

Xəbərə görə, komandanı çalışdırmağa əsas namizədlər Serxio Konseysao və Paulo Fonseka hesab edilsə də, hər iki mütəxəssislə danışıqlarda irəliləyiş yoxdur. Belədə, "Milan" üzünü yeni namizədə - tezliklə "Əl-İttihad"dan ayrılacaq Marselo Qalyardoya çevirib. Artıq argentinalı məşqçi ilə əlaqə qurulub. Qalyardonun təyinatı ilə bağlı "Milan" üçün ciddi problem onun maaşı ola bilər - məşqçi Səudiyyə Ərəbistanında hər mövsüm üçün təxminən 22 milyon avro alır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər