"Milan" ona ildə 6 milyon avro ödəməyə hazırdır

"Milan" ona ildə 6 milyon avro ödəməyə hazırdır

İtaliyanın "Milan" klubu futbolçusu Rafael Leauya yeni müqavilə təklif edəcək.

Fanat.Az "Football Italia"ya istinadən xəbər verir ki, portuqaliyalı bu təkliflə razılaşaraq sözləşməsini yeniləyəcəyi halda, illik 6 milyon avro əməkhaqqı alacaq.

Mənbə "qırmızı-qaralar"ın müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatacaq Leaunun "Çelsi" və ya "Mançester Siti"yə keçəcəyindən ehtiyatlandığı üçün bu addımı atacağını vurğulayıb.

Daha öncə qapıçı Canluici Donnarummanın PSJ-yə, yarımmüdafiəçi Hakan Çalhanoğlunun "İnter"ə qoşulmasına əngəl ola bilməyən "Milan"ın bu dəfə vəziyyəti vaxtında sığortalamağa çalışdığı bildirilib.

Qeyd edək ki, 2019-cu ildə, 29,5 milyon avro qarşılığında Fransanın "Lill" klubundan transfer edib. O vaxtdan bəri "rassonerlər"in heyətində 123 oyun keçirən futbolçu 30 qol və 27 məjsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər