İtaliyanın "Milan" komandası koronavirus səbəbindən məşqlərini onlayn keçirəcək.
Fanat.Az "Sky İtalia"ya istinadən xəbər veri ki, bu barədə klubun baş məşqçisi Stefano Pioli məlumat verib.
"Uşaqlara dedim ki, dekabrın 27 və 28-də Zoom vasitəsilə məşq edəcəyik. Dekabrın 30-dan etibarən isə məşqləri Milanelloda birlikdə davam etdirəcəyik".
Qeyd edək ki, İtaliyanın bir neçə klubunda koronavirusa kütləvi yoluxma qeydə alınıb. "Milan" A Seriyasındakı növbəti matçını yanvarın 6-da "Roma"ya qarşı keçirəcək.
Emin