"Milan" ulduz vingeri Rafael Leaunu satmağa hazırdır.
Fanat.Az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” məlumat yayıb.
Nəşrin klubdakı adını açıqlamaq istəmədiyi mənbəyə əsasən yaydığı məlumata görə, İtaliya nəhəngi 100 milyon avro və ya daha çox təklif alacağı təqdirdə Leaunu satmağı düşünəcək.
"Rossonerilər"in futbolçunu satmağa böyük ehtiyacı yoxdur. Lakin “qırmızı-qaralar” PSJ-nin fəal maraqlandığı futbolçunu böyük təklif qarşılığında satmağa hazırdır.
Leau 2019-cu ildən "Milan"da çıxış edir. 24 yaşlı portuqaliyalı bu mövsüm bütün turnirlərdə 29 oyun keçirib, 7 qol vurub və 9 məhsuldar ötürmə edib. Mirağa