"Milan" Konte ilə danışıqları dayandırdı - SON DURUM

"Milan" Konte ilə danışıqları dayandırdı - SON DURUM

Antonio Kontenin "Milan"ın baş məşqçisi kimi Stefano Piolinin yerinə keçməyəcəyi ehtimalı yüksəkdir. 

Fanat.Az xəbər verir ki, bu barədə "SortItalia"-nın əməkdaşı Mişel Krişitello məlumat yayıb.

O, “rossonerilər”in rəhbərliyinin birtərəfli qaydada danışıqları dayandırdığını bildirib. Baxmayaraq ki, mütəxəssis Milan klubunda işləmək arzusunda olub: "O, şəhəri sevir. Üstəlik, danışıqlarda Zlatan İbrahimoviçin dəstəyini də hiss etdi. Lakin nədənsə, "Milan" danışıqları bitirdi. Çox güman, Piolinin xələfi Konte olmayacaq".

İtaliya çempionatının başa çatmasına 6 tur qalmış “Milan” “Yuventus”u altı xal qabaqlayaraq turnir cədvəlində ikinci yerdədir. Lider “İnter”lə xal fərqi isə 14-dür. Cəmi bir turdan sonra Simone İnzaqinin komandası vaxtından əvvəl çempionluq titulunu təmin edə bilər. Növbəti turda iki Milan komandası qarşılaşacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər