Milan klubunu kim çalışdıracaq? - Namizədlər bəlli oldu

Milan klubunu kim çalışdıracaq? - Namizədlər bəlli oldu

İtaliya “İnter”i baş məşqçi dəyişikliyinə hazırlaşır.

Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, istefası gündəmdə olan Simone İnzaqinin boşaldacağı posta namizədlər müəyyənləşdirib. 

Mənbənin məlumatına görə, "İnter"in əsas seçimləri "Brayton"un baş məşqçisi Roberto de Zerbi və bir müddət əvvəl "Tottenhem"dən qovulan Antonio Kontedir.

Xatırladaq ki, "İnter" bütün yarışlarda son 4 matçda məğlubiyyətlə üzləşib. Bu görüşlərdə Simone İnzaqinin yetirmələri cəmi 1 qol vura bilib. "Neradzurri" A Seriyasının turnir cədvəlində 4-cü pilləyə yuvarlanıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər