İtaliyanın "İnter" klubu yeni transfer reallaşdırıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Milan klubu "Kalyari"nin müdafiəçisi Raul Bellanova ilə müqavilə imzaladığını rəsmən açıqlayıb.
Futbolçu mövsümün sonuna qədər icarəyə götürülüb.
"İnter" 22 yaşlı müdafiəçinin icarəsi üçün 3 milyon avro ödəyib, satınalma daha 7 milyona başa gələcək.
Bellanova 2021/2022 mövsümündə A Seriyasında "Kalyari"nin heyətində 31 oyun keçirib. Bu matçlarda o, 1 qol vurub, 2 məhsuldar ötürmə edib.
"İnter" bu yay həmçinin, Romelu Lukaku, Kristian Asllani, Andre Onana və Henrix Mxitaryanı heyətinə qatıb.
Mirağa