Milan klubu Bennaser ilə bağlı qərar verdi

Milan klubu Bennaser ilə bağlı qərar verdi

"Milan" klubu yarımmüdafiəçisi İsmael Bennaser ilə bağlı qərarını açıqlayıb.

Fanat.Az xəbər verir ki, "rossonerilər" futbolçu ilə müqaviləsinin müddətini uzadıb.

Bu barədə "Milan"ın rəsmi saytı məlumat yayıb. Bennaserin 2027-ci ilə qədər nəzərdə tutulan yeni müqavilə imzaladığı bildirilir.

Milan klubu Bennaser ilə bağlı qərar verdi Əlcəzairli yarımmüdafiəçi 2019-cu ildən "Milan"da çıxış edir, o vaxt "rossonerilər" onu "Empoli"dən alıb. Bennaser "Milan"ın heyətində 129 oyuna çıxıb, 4 qol vurub və 8 məhsuldar ötürmə edib. "Transfermarkt" onun bazar dəyərini 40 milyon avro qiymətləndirir. 

Qeyd edək ki, bundan əvvəl "Liverpul"un Bennaserin xidmətində maraqlı olduğu bildirilirdi.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər