"Milan" Jiru ilə müqaviləni yeniləyəcək

"Milan" Jiru ilə müqaviləni yeniləyəcək

"Milan" hücumçusu Olivye Jiru ilə müqaviləni yeniləyəcək. 

Fanat.Az xəbər verir ki, məlumatı insayder Fabritsio Romano yayıb. 

Onun sözlərinə görə, yaxın günlərdə tərəflər arasında danışıqlar başlayacaq. 

Qeyd edək ki, Fransa millisinin üzvü 2021-ci ildən "Milan"da çıxış edir. 

Xatırladaq ki, bu qış Jiru "Everton"dan təklif almışdı. İngiltərə klubu 36 yaşlı futbolçuya mövsümün sonuna kimi müqavilə təklif etsə də, maliyyə məsələlərində anlaşma əldə olunmadığı üçün keçid baş tutmadı.

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər