"Milan" italyan çalışdırıcı ilə razılaşıb - SON DURUM

"Milan" italyan çalışdırıcı ilə razılaşıb - SON DURUM

"Milan”ı Luçano Spalletti çalışdıracaq.

 

 

Fanat.Az xəbər verir ki, məlumat "Sky Sport Italia”nın əməkdaşı Canluki Di Martsioya məxsusdu.

O, tərəflərin razılığa gəldiyini və 60 yaşlı çalışdırıcının 3 illik müqaviləyə qol çəkməyə hazırlaşdığını bildirib. Jurnalist "Milan” rəhbərliyinin "İnter” rəsmiləri ilə də ortaq məxrəcə gəldiyini, Spallettinin "neradzurra” ilə olan anlaşmasının (bu müqavilə 2021-ci ilin yayına qədər qüvvədədi) pozulacağını vurğulayıb.

 

 

Qeyd edək ki, "Milan” A Seriyasının ilk 7 turunda 9 xal yığmağı bacarıb. Toparlanmağı bacarmayan kollektiv hazırda 13-cü pillədə mövqe tutub və bu ciddi narazılıqlara səbəb olub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər