Milan "İnter"inin yetirməsi Bakı klubunda

Milan "İnter"inin yetirməsi Bakı klubunda

Milan “İnter”inin yetirməsi Pyerr Zebli “Zirə”yə keçmək üzrədir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, tərəflər artıq müqavilənin şərtləri ilə bağlı razılığa gəlib.

Son klubu Bolqarıstan “Lokomotiv”in (Plovdiv) olan 26 yaşlı Zeblinin yaxın günlərdə müqaviləyə imza atması planlaşdırılır.

"İnter"in əsas komandasında oynamayan Zebli Fil Dişi Sahilinin U-20 millisində top qovub. O, daha öncə İtaliyada “Peruca” və “Askoli” kimi klubların da uğurları üçün çalışıb.

Rafael

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər