Milan "İnter"i qapıçısıyla vidalaşdı - RƏSMİ

Milan "İnter"i qapıçısıyla vidalaşdı - RƏSMİ
İtaliya çempionu "İnter” müdafiəçisi Alessandro Bastoni ilə müqavilə yeniləyib. 
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçi müddəti 2024-cü ildə bitəcək yeni anlaşmaya imza atıb. 
 
Bastoni geridə qalan mövsümdə Milan təmsilçisinin heyətində 41 oyuna çıxıb, 3 məhsuldar ötürmə müəllifi olub. 
 
"İnter”in qapıçısı Daniele Padelli isə A Seriyasının digər təmsilçisi "Udineze”yə keçib. Bu barədə onun Udine təmsilçisinin rəsmi saytı məlumat yayıb. 35 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb. Son dörd mövsümdə "İnter”də Samir Handanoviçin əvəzedicisi olan Padelli daha çox forma şansı qazana biləcəyi kluba üz tutub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər