Milan "İnter"i rəsmi "Twitter" hesabında 2021/2022 mövsümü üçün yeni geyim dəstinin fotosunu yerləşdirib.
Fanat.Az xəbər verir ki, son İtaliya çempionunun ev oyunlarında geyinəcəyi formada ənənəvi - şaquli çəkilmiş qara və tünd göy zolaqlar yoxdur.
Yaxalığı və kənarları qara rənglə işlənmiş futbolkanın üzərindəki loqo qızılı rəngdədir. Emblemin 11 ildən sonra qazanılan çempionluğun şərəfinə qızılı rəngə boyandığı şübhə doğurmur.
Nihat