Milan "İnter"i 38 yaşlı futbolçu transfer etdi - RƏSMİ

Milan "İnter"i 38 yaşlı futbolçu transfer etdi - RƏSMİ
İtaliya çempionu "İnter” heyətinə yeni qapıçı qatıb. 
Fanat.Az xəbər verir ki, Milan təmsilçisi "Krotone”nin qolkiperi Aleks Kordazı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 38 yaşlı "çərçivə" qoruyucusu 1 illik müqaviləyə imza atıb. 
 
Qeyd edək ki, "İnter”in yetirməsi olan Kordaz bu klubun əsas komandasında cəmi bir oyuna çıxıb. O, sonralar "Spetsiya”, "Açireale”, "Treviso”, "Pizzigettone”, "Luqano”, "Çittadella”, "Parma”, "Qoritsa” kimi klubların da şərəfini qoruyub. Təcrübəli qolkiper 2015-ci ildən "Krotone”də forma geyinirdi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər