İtaliyanın "Milan" klubunun rəhbərliyi Rafael Leau ilə yeni müqavilə ilə bağlı razılığa gələ bilmir.
Fanat.Az "Calciomercato"ya istinadən xəbər verir ki, portuqaliyalı oyunçuya illik 6 milyon avro və müxtəlif bonuslar təklif edilsə də, o, İtaliya nəhənginin bosslarından hər mövsüm üçün 7,5 milyon avro istəyir.
Xəbərə görə, tərəflər cari mövsümün sonuna qədər ortaq məxrəcə gələ bilməyəcəyi halda, Leau satışa çıxarılacaq.
Nihat