"Milan" İbrahimoviçlə müqavilə yenilədi - RƏSMİ

"Milan" İbrahimoviçlə müqavilə yenilədi - RƏSMİ
"Milan" Zlatan İbrahimoviçlə müqavilə yeniləyib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni sözləşmənin müddəti 2022-ci ilə qədərdir.
Daha öncə 40 yaşlı hücumçunun mövsümlük əmək haqqının 7 milyon avro olacağına dair məlumatlar yayılıb. İsveçli forvardın anlaşmasında bonuslar da nəzərdə tutulub.
Qeyd edək ki, Zlatan İbrahimoviç "Milan"a 2020-ci ilin yanvarında ABŞ-ın "Los Angeles Qelaksi" klubundan keçib. O, 2010 - 2020-ci illərdə də "qara-qırmızı" forma geyinib. İbrahimoviç cari mövsümdə klubun heyətində 24 oyunda 17 qol vurub.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər