"Milan" İbrahimoviçlə bağlı qərarını rəsmən açıqladı

"Milan" İbrahimoviçlə bağlı qərarını rəsmən açıqladı

"Milan" rəsmi saytı vasitəsi ilə hücumçusu Zlatan İbrahimoviçlə müqavilə yenilədiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, isveçli forvard müddəti 2023-cü ilin yayınadək olan sözləşməyə qol çəkib. 

İbra son İtaliya çempionunun heyətində əvvəlki kimi, 11 nömrəli formada çıxış edəcək.

Oktyabrın 3-də 41 yaşı tamamlanacaq forvard "Milan"da ilk dəfə 2010 - 2012-ci illərdə forma geyinib. O, komandaya 2020-ci ilin yanvarında qayıdıb.

İbrahimoviç klubun heyətində ümumilikdə 158 oyuna 92 qol və 35 məhsuldar ötürmə müəllifi olub. Təcrübəli hücumçu İtaliya Superkubokunu və iki dəfə ölkə çempionluğunu qazanıb.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər