"Milan" fanatları PSJ azarkeşlərinə hücum etdi - VİDEO

"Milan" fanatları PSJ azarkeşlərinə hücum etdi - VİDEO

İtaliyanın "Milan" klubunun 50-yə yaxın azarkeşi komandaların Çempionlar Liqasındakı oyunu öncəsi PSJ azarkeşlərinə hücum edib. 

Fanat.Az xəbər verir ki, bu barədə "Corriere della Sera" məlumat yayıb.

Mənbənin məlumatına görə, insident noyabrın 6-dan 7-nə keçən gecə baş verib. "Milan" azarkeşləri pirotexniki vasitələrdən, o cümlədən tüstü bombalarından istifadə ediblər. 

Çempionlar Liqasının qrup mərhələsinin “Milan” – PSJ oyunu bu gün, noyabrın 7-də “San Siro” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. “Milan” və PSJ-nin yer aldığı F qrupunda “rossonerilər” üç oyundan sonra cəmi iki xalla turnir cədvəlinin sonuncu, dördüncü pilləsində qərarlaşıb. Parislilər 6 xalla liderdir. Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun matçında PSJ "Milan"ı 3:0 hesabı ilə məğlub edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər