"Milan" "Çelsi"nin yarımmüdafiəçisini aparır

"Milan" "Çelsi"nin yarımmüdafiəçisini aparır

Son İtaliya çempionu "Milan" heyətini İngiltərədə çıxış edən yarımmüdafiəçi ilə gücləndirmək istəyir.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış jurnalist Canluka Di Martsionun şəxsi saytı yayıb.

Mənbə milanlıların "Çelsi"nin mərakeşli yarımmüdafiəçisi Hakim Zieşi icarəyə götürməyi planlaşdırdıqlarını vurğulayıb. Xəbərə görə, "zadəganlar"ın baş məşqçisi Tomas Tuxelin gələcək planlarına daxil olmayan 29 yaşlı Ziyeşin növbəti mövsümə A Seriyasında başlamaq ehtimalı yüksəkdir. Bunun üçün "Milan" futbolçunun icarə müqaviləsinə sonradan məcburi qaydada transfer edilməsi ilə bağlı bəndin əlavə olunmasına razılaşmalıdır.  

Son mövsümdə "Çelsi" formasıyla bütün turnirlədə 44 matça çıxan Zieş 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun tarnsfer qiymətini 28 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər