"Milan" "Çelsi"nin oyunçusunu icarəyə götürdü

"Milan" "Çelsi"nin oyunçusunu icarəyə götürdü
"Milan” heyətini yeni futbolçu ilə gücləndirib.
 
Fanat.Az xəbər verir ki, İtaliya klubu İngiltərə təmsilçisi "Çelsi”dən Fikayo Tomorini icarəyə götürüb.
 
Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu mövsümün sonuna qədər "Milan”ın uğurları üçün çalışacaq.
 
"Çelsi”nin yetirməsi olan Tomori bu mövsüm London təmsilçisinin heyətində 4 rəsmi oyuna çıxmışdı. O, əvvəlki mövsümlərdə "Brayton”, "Hall Siti” və "Derbi Kaunti”də də icarədə oynayıb. Fikayo İngiltərə yığmasının da üzvüdür və əsas millidə 1 oyun keçirib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər