"Milan" “Çelsi”nin futbolçusu ilə gücləndi

"Milan" “Çelsi”nin futbolçusu ilə gücləndi

"Çelsi"nin futbolçusu Kristian Pulişiçin "Milan"a keçidi rəsmiləşib.

Fanat.Az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat veriblər.

24 yaşlı yarımmüdafiəçi 4+1 illik müqavilə imzalanıb. İtaliya təmsilçisi bu transfer üçün 20 milyon avro təzminat ödəyəcək.

Pulişiç İngiltərə Premyer Liqasında 2022/23 mövsümündə 24 oyuna çıxıb və 1 qol vurub. O, 2019-cu ildən “Çelsi”nin uğurları üçün çalışırdı.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər