"Milan" Donnarummanın müqaviləsini yeniləyir

"Milan" Donnarummanın müqaviləsini yeniləyir
Canluici Donnarumma "Milan"la müqaviləsini yeniləyə bilər.
Fanat.Az "SportMediaset"ə istinadən xəbər verir ki, "Milan" Donnarummanın sazişini 2023-cü ilə kimi uzatmağa hazırdı. 21 yaşlı qapıçı təklifi qəbul edəcəyi təqdirdə ilinə 6 milyon avro məvacib alacaq. "Milan" yaxın üç il ərzində İtaliya A Seriyasının qalibi olarsa, Donnarumma əlavə 2 milyon avro dəyərində bonus da qazana bilər.
İtaliyalı qolkiperi cari mövsümdə A Seriyasında 12 matçda qapısını toxunulmaz saxlaya bilib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər