"Milan" Domenikoya elçi düşdü

"Milan" Domenikoya elçi düşdü

"Milan"in yeni hədəfi bəlli olub. 

Fanat.Az xəbər verir ki, "rossonerlər" bu yay "Sassuolo"dan Domeniko Berardini transfer etmək istəyir. 

Bu barədə "Calciomercato" məlumat yayıb. 

Xəbərə görə, A Seriyası təmsilçisi 27 yaşlı italyan üçün klubunun tələb etdiyi 30 milyon avronu ödəməyə hazırdır. 

Qeyd edək ki, Domeniko 2012-ci ildən "Sassuolo"nun şərəfini qoruyur. 275 oyuna çıxan yarımmüdafiəçi 97 qola imza atıb. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər