"Milan" Desti geri göndərir

"Milan" Desti geri göndərir

"Milan"da icarə əsasında çıxış edən Serjinyo Dest məxsus olduğu "Barselona"ya qayıdacaq. 

Fanat.Az xəbər verir ki, məlumatı insayder Fabritsio Romano yayıb. 

Onun sözlərinə görə, İtaliya klubu sözləşmədə yer alan 20 milyon ödəyərək futbolçunu birdəfəlik satınalma bəndindən faydalanmayacaq. 

ABŞ millisinin 20 yaşlı müdafiəçi ilə bağlı qərar qarşıdakı aylarda açıqlanacaq. 

Qeyd edək ki, Dest "Milan"ın heyətində son matçına 24 yanvar tarixində çıxıb. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər