"Milan" derbidə yeni rekord müəyyənləşdirdi

"Milan" derbidə yeni rekord müəyyənləşdirdi

İtaliya A Seriyasının 12-ci turuna təsadüf edən Milan derbisində əzəli rəqibi "İnter"lə 1:1 hesablı heç-heçə edən "Milan" şəxsi rekordunu yeniləyib.

Fanat.Az xəbər verir ki, çempionat 3 xallıq sistemlə keçiriləndən bəri "qırmızı-qaralar" ilk dəfə A Seriyasında startdakı 12 oyunda 32 xal yığa bilib.

Stefano Piolinin yetirmələri buna 10 qələbə və 2 heç-heçə sayəsində nail ola bilib. Hazırda 2-ci yerdəki "Milan"ı yalnız daha yaxşı top fərqinə görə qabaqlayan "Napoli" də eyni göstəriciyə malikdir - 10 qələbə, 2 bərabərlik.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər