"Milan" Cüneyt Çakırdan şikayət edəcək

"Milan" Cüneyt Çakırdan şikayət edəcək

ÇL-in II turunda "Atletiko Madrid"i qəbul edən "Milan" oyunun baş hakimi Cüneyt Çakır barədə UEFA-ya rəsmi şikayət edəcək.

Fanat.Az xəbər verir ki, 1:1 hesabı ilə sürən oyunun 90+7-ci dəqiqəsində türk hakim "Milan"ın qapısına penalti təyin edib və Luiz Suares (Luis Suares) bu şansı əldən verməyib. Beləliklə, oyunun son dəqiqəsində Milan təmsilçisi öz meydanında xal itkisinə məruz qalıb.

Qeyd edək ki, hazırda "Milan" ÇL-in C qrupunda sıfır xalla sonuncu yerdədir. 

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər