“Milan” bunu 16 il sonra bacardı

“Milan” bunu 16 il sonra bacardı

“Milan” UEFA Çempionlar Liqasında 16 illik həsrətə son qoyub.

Fanat.Az xəbər verir ki, sözügedən komanda uzun illər sonra qitənin ən nüfuzlu klub turnirində yarımfinala vəsiqə qazanıb.

1/4 finalda İtaliyanın digər təmsilçisi “Napoli” ilə qarşılaşan milanlılar cütün qalibi olmağı bacarıb. Doğma meydanda 1:0 hesablı qələbəyə sevinmiş “Milan” səfərdə də 1:1 hesablı heç-heçə sayəsində mərhələ adlayan tərəf olub.

Xatırladaq ki, “Milan” sonuncu dəfə 16 il öncə Çempionlar Liqasında yarımfinala vəsiqə qazanmışdı. Bu komanda 2007-ci ildə finala qədər yüksəlmiş və həlledici oyunda “Liverpul”a qalib gələrək ÇL-in qalibi olmuşdu.

“Milan” bu mövsüm ÇL-in yarımfinalında “İnter” (İtaliya) – “Benfika” (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək. Bu komandaların ilk oyununda “İnter” 2:0 hesabıyla qalib gəlib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər