"Milan" Bundesliqanın qolçusunu transfer edir

"Milan" Bundesliqanın qolçusunu transfer edir

İtaliya nəhəngi "Milan" "Bayer Leverkuzen"in hücumçusu Viktor Bonifası transfer etməkdə maraqlıdır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Corriere dello Sport" yayıb.

Mənbənin məlumatına görə, Yayda azad agent kimi MLS-ə gedəcək Olivye Jirunun yerinə hücumçu axtaran "rossonerilər" 23 yaşlı Bonifası gözaltı edib. "Milan"ın forvardı hətta Belçika çempionatında oynadığı vaxtdan izlədiyi bildirilir.

Viktor Bonifas bu mövsüm "Bayer"in heyətində bütün turnirlərdə 25 oyun keçirib, 16 qol vurub və 9 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər