"Milan" "Anderlext"in müdafiəçisi Aleksis Salemekersi alıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, 21 yaşlı oyunçu 4 illik müqaviləyə imza atıb. Arxa xətt oyunçusunun transferi İtaliya klubuna 3,5 milyon avroya başa gəlib.
Salemakers "Milan"a yanvarda qoşulub və qırmızı-qara formada 7 matça çıxmağa imkan tapıb. Belçikanın U-21 millisinin də üzvü olan gənc futbolçu Milan komandasında qol vurmasa da, hesabında məhsuldar ötürmə var.
Fanat.Az