"Uotford"un vinqeri Jerar Deulofeu karyerasını yenidən "Milan"da davam etdirə bilər.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, "Milan" rəsmiləri Deulofeunun meneceri ilə əlaqə yaradıblar. "Uotford" Çempionşipə düşdüyü üçün 26 yaşlı futbolçu komandadan ayrılmaqda qərarlıdı. Onun İtaliya çempionatında oynamağın əleyhinə olmadığı bildirilir.
Deulofeu 2016-17 mövsümündə icarə əsasında "Milan"da çıxış edib. İspan oyunçu "Barselona"nın yetirməsidi.
Deulofeu 2019-20 mövsümündə 30 matçda meydana çıxıb və 4 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az