"Barselona"nın müdafiəçisi Xunio Firpo İngiltərə klublarının maraq dairəsinə düşüb.
Fanat.Az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Ancaq futbolçu özü "Milan"a keçmək niyyətindədir.
"Barselona" rəhbərliyi Firponu ancaq yaxşı ödəniş qarşılığında İtaliyaya göndərə bilər. "Milan"ın təklif edəcəyi qiymət ingilis klublarının dediyindən az olsa, Kataloniya təmsilçisi 25 yaşlı futbolçunu Premyer Liqaya satacaq.
Röya