Mövsümün sonunda futbolla vidalaşacaq

Mövsümün sonunda futbolla vidalaşacaq
"Banik"in hücumçusu Milan Baroş mövsümün sonunda karyerasını bitirəcək.
Fanat.Az BBC-yə istinadən xəbər verir ki, Baroş açıqlamasında qeyd edib:
"Karyeramı davam etdirmək istəsəm də, bədənim artıq tab gətirmir. Uzun müddətdi ki, sağlamlığımda problemlər var. Artıq orqanizm əvvəlki kimi işləmir.
Səbəblər aydındı. Zaman dayanmır. Ötən il sağlamlığımda problem yarandı. Ondan sonra istənilən yüklənmədə ağrılar hiss edirdim. Artıq peşəkar karyeramı davam etdirməyim qeyri-mümkündü".
38 yaşlı futbolçu "Liverpul"un heyətində Çempionlar Liqasının qalibi olub. O, Çexiya millisində Avro-2004-ün bürünc medalına sahib çıxıb.
Baroş karyerası ərzində "Liverpul" və "Banik"lə yanaşı, "Aston Villa", "Lion", "Portsmut", "Qalatasaray", "Antalyaspor", "Mlada-Boleslav" və "Slovan" klublarında çıxış edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər