"Milan" A Seriyası tarixinin ən gənc debütantı ilə müqavilə yeniləyəcək

"Milan" A Seriyası tarixinin ən gənc debütantı ilə müqavilə yeniləyəcək

"Milan" rəhbərliyi komandanın 16 yaşlı hücumçusu Françesko Kamarda ilə bağlı qərarını verib.

Fanat.Az-ın məlumatına görə, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb. 

Mənbə futbolçunun və klubun nümayəndələrinin yaxın vaxtlarda müqavilə yeniləmək üçün görüşəcəklərini vurğulayıb. "Qırmızı-qaralar"ın onunla indiki anlaşmasının müddəti bu yay başa çatacaq.

Kamarda 2023-cü ilin noyabrında A Seriyası tarixinin ən gənc debütantı ünvanına sahib çıxıb. O, 15 yaş 260 günlüyündə İtaliya çempionatında mübarizə aparıb.

Françesko cari mövsüm əsas komandada 2 oyun keçirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər