"Milan" 60 milyon avroya müdafiəçi alır

"Milan" 60 milyon avroya müdafiəçi alır
"Laypsiq"in müdafiəçisi Dayo Upamekano karyerasını İtaliyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, "Milan" Upamekano ilə yaxından maraqlanır. "Rossonerilər" uzun müddətdi 21 yaşlı futbolçunun inkişaf prosesini izləyir. Ralf Ranqnikin "Milan"ın baş məşqçi postuna mümkün təyinatı transferin reallaşması baxımından həlledici faktor ola bilər. Alman çalışdırıcı daha əvvəl "Zalsburq" və "Laypsiq"də Upamekano ilə işləyib.
Dayonun "Laypsiq"lə müqaviləsi 2021-ci ilin yayında başa çatır. Onun sərbəstqalma məbləği 60 milyon avro təşkil edir.
Daha əvvəl Upamekanonun adı "Bavariya" ilə yanaşı hallanırdı. Lakin Münhen klubunun rəsmiləri təzminat məbləğinin çox yüksək olduğunu düşünürlər.
Fransız futbolçu cari mövsümdə Bundesliqada 20 matçda meydana çıxıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər