"Milan" 5-ci transferini razılaşdırdı

"Milan" 5-ci transferini razılaşdırdı

"Alkmaar"ın yarımmüdafiəçisi Teyani Reynders "Milan"a keçməyə yaxındır.

Fanat.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano "Twitter" hesabında paylaşım edib. 

Klublar oyunçunun 20 milyon avro + bonuslar qarşılığında satışını şifahi şəkildə razılaşdırıblar.

Gələn həftənin əvvəlində 24 yaşlı niderlandlı tibbi müayinədən keçəcək və bundan sonra "Milan"la müqavilə imzalayacaq.

Reynders 2017-ci ildən "Alkmaar"dadır. Onun aktivində 128 oyun, 13 qol və 15 məhsuldar ötürmə var. "Milan" üçün bu, Kristian Pulişiç, Ruben Loftus-Çek, Luka Romero və Marko Sportiellodan sonra 5-ci yay transferi olacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər