Ramil Şeydayev Bakıya gəlib. Fanat.az xəbər verir ki, bu barədə Rusiyanın championat.com saytı məlumat yayıb.
Həmkarlarımız iddia edir ki, 20 yaşlı futbolçu Azərbaycan vətəndaşlığı almaq istəyir. Atası azərbaycanlı, anası rus olan futbolçu hazırda bununla bağlı Bakıda AFFA ilə danışıqlar aparır. Rusiyanın aşağı yaş qrupları üzrə yığmalarında oynasa da, əsas milliyə dəvət edilməyən Azərbaycan əsilli futbolçu yığmamızın formasını geyinə bilər.
Qeyd edək ki, Şeydayevin "Zenit"lə müqaviləsi başa çatıb. Bu gün "Trabzonspor" onunla danışıqlara başladığını elan edib.
Fanat.az