Artyom Milevski Azərbaycan çempionatında oynamaq istəmir. Fanat.az xəbər verir ki, bu barədə ukraynalı futbolçunun meneceri Aleksandr Pankov məlumat verib.
Menecer bildirib ki, Kiyev "Dinamo"sunun sabiq üzvü Azərbaycan, Rusiya və Qazaxıstan variantlarına razılaşmayıb: "Rusiya klublarından bizə dəvət gəldi. Amma Artyom hələ oraya getməyə hazır deyil. Buna təkcə siyasi səbəblər aid deyil, o, ümumiyyətlə Rusiyaya getmək istəmir. Eləcə də Qazaxıstan və Azərbaycana".
Qeyd edək ki, Milevski ötən ay Rumıniyanın "Konkordiya" klubuna keçib. O, əvvəllər Ukraynanın "Borisfen", "Dinamo" (Kiyev), Türkiyənin "Qaziantepspor", Xorvatiyanın "Hayduk" və "RNK Split" klublarında çıxış edib. Futbolçu Ukrayna yığmasında 50 oyun keçirib və 8 qol vurub.
Fanat.az