Məşhur Azərbaycan idmançısı villasını 205 min manata satır - FOTOLAR

Məşhur Azərbaycan idmançısı villasını 205 min manata satır - FOTOLAR

Azərbaycanı kişi gimnastların yarışlarda Avropa Oyunlarının 5 qat mükafatçısı, Olimpiya Oyunlarının finalçısı Oleq Stepko bağ evini satışa çıxarıb.

 

"Qaynar" baku.ws-ə istinadən xəbər verir ki, təmsilçimiz Şüvəlanda 2 mərtəbəli evini elan saytlarından birində satışa qoyub. 2015-ci ilin dekabrında tikilən villaya 205 min manat qiymət qoyulub. Dənizdən 10 dəqiqə məsafədə olan villanın 250 kv.m. tikili ərazisi var. Villada 3 yataq otağı, 1 böyük qonaq otağı, 3 sanitar qovşaq, həmçinin 2 avtomobil qarajı, böyük qarderob otağı var. İdmançımız villasını təcili olaraq satdığını qeyd edib. 

 

Qeyd edək ki, 2014-2017-ci illərdə Oleq Stepko Azərbaycan yığmasında çıxış edib. Oleq Stepko 2012 və 2016-cı illərdə Olimpiya Oyunlarına qatılıb. Ukrayna yığmasının heyətində, Yeniyetmələrin Olimpiya Oyunlarında iki qızıl və iki gümüş medal, Universiada Oyunlarında isə gümüş və bürünc medal qazanıb.

Azərbaycan yığmasının heyətində 2015-ci ildə baş tutan I Avropa Oyunlarına qatılan Oleq Stepko bir qızıl, iki gümüş və iki bürünc medala layiq görülüb. O, Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edildi.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər