Məşhur alman "Milan" yolunda

Məşhur alman "Milan" yolunda

PSV-nin yarımmüdafiəçisi Mario Götze yay transfer pəncərəsində klubunu dəyişməyə yaxındır. 

Fanat.Az xəbər verir ki, bu barədə idman jurnalisti Patrik Berger "Twitter" hesabında paylaşım edib. 

Mənbənin məlumatına görə, 29 yaşlı almaniyalı pleymeykerin xidmətində "Benfika" və "Milan" maraqlıdır. Artıq klub nümayəndələri Götze ilə danışıqlara başlayıb.  

Məşhur alman "Milan" yolunda

Xatırladaq ki, Götze 2020-ci ildə "Borussiya Dortmund"dan PSV-yə azad agent kimi keçib. 2021/2022 mövsümündə o, 52 matçda 12 qol vurub və 11 məhsuldar ötürmə edib.

Götze ilə PSV arasındakı müqavilə 2024-cü ildə başa çatır. "Transfermarkt" alman yarımmüdafiəçinin bazar dəyərini 12 milyon avro olaraq qiymətləndirir. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər